Havay cənnət adasından cəhənnəmə çevrilir

Bütün dünyanı heyrətamiz görünüşü ilə valeh edən Havay adalarını güclü meşə yanğınları bürüyüb.

Bizim.Media xəbər verir ki, bir müddətdir yanğınların baş verdiyi cənnət adasında artıq alov sıx şəkildə yaşayış binalarına yaxınlaşır.

Yanğından və tüstüdən qaçan insanlar okeana üz tuturlar.

Havay adalarının leytenant qubernatoru Silvia Luka ərazidə federal fövqəladə vəziyyət elan edib.

Yanğının söndürülməsi üçün davam edən işlər çərçivəsində daha 17 nəfərin öldüyü təsdiqlənib.

Bununla da ölənlərin sayı 53-ə çatıb. Bundan əvvəl 36 nəfərin öldüyü bildirilirdi.
Güclü yanğınlar Havay adalarındakı ən məşhur turistik zona sayılan Lahaina şəhəri də daxil olmaqla, bir çox yaşayış məntəqələrini məhv edib.

Məlumatlara əsasən, meşədə başlamış yanğın yaşayış məntəqəsinə keçib.
ƏvvəlkiQusarda şəhid Ramin Nurəhmədovun ailəsi ziyarət edilib
NövbətiHavanın temperaturu Bakıda 41, Naxçıvanda 42, aran rayonlarında 43 dərəcəyə yüksəlib