Prezident İlham Əliyev üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Bakı Ekspo Mərkəzində açılan üçüncü “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi ilə tanış olub. Türk.az xəbər verir ki, müdafiə naziri Zakir Həsənov və müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev dövləti başçısına sərgi barədə məlumat veriblər. Bildirilib ki, “ADEX-2018” sərgisi...

Monqolustan Prezidenti ARDNF-in təcrübəsini yüksək qiymətləndirib

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) icraçı direktoru Şahmar Mövsümov Azərbaycanda işgüzar səfərdə olan Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Millətçilik.az AZƏRTAC-a istinadən xəbər verir ki, Ş.Mövsümov ARDNF-in yaranma tarixi, milli neft strategiyası, Neft Fondunun...

İran və Ermənistan Araz çayı üzərində SES tikintisi ilə bağlı işçi qrupu yaradıb

İran və Ermənistanın energetika qurumları Araz çayı üzərində Su Elektrik Stansiyasının (SES) tikintisi üzrə işçi qrupu yaradıb. “Report” “Sputnik-Armeniya”ya istinadən xəbər verir ki, bunu Ermənistanın energetika infrastrukturu və təbii ehtiyatlar nazirinin müavini Qaregin Baqramyan bildirib. Bildirilib ki, iki ölkə Araz çayı...

Dünya çempionatı: Elmar Qasımov daha bir ipponla 1/8 finala yüksəlib – YENİLƏNİB Dünya çempionatı:...

Azərbaycan cüdoçusu Elmar Qasımov Bakıda keçirilən dünya çempionatında 1/16 final görüşünə çıxıb. "Report"un məlumatına görə, 100 kq çəki dərəcəsində rəqib monteneqrolu Danilo Pantiç olub. Qasımov 1 dəqiqə 58 saniyəyə ipponla qalib gəlib. 1/8 finalda o, Gürcüstan təmsilçisi Varlam Liparteliani ilə...

İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik edilir

Azərbaycan Prezidenti İlham Əliyevin imzası ilə Milli Məclisə dövlət və bələdiyyə torpaqlarının istifadəyə, icarəyə və mülkiyyətə verilməsi ilə əlaqədar rayon (şəhər) İcra Hakimiyyəti başçılarının sərəncamlarının məhkəmələrdə mübahisələndirilməsi məsələsinin tənzimlənməsi məqsədilə layihə daxil olub. “Report”un xəbərinə görə, bununla bağlı “İnzibati İcraat haqqında” qanunda...

Azərbaycan Prezidenti III “ADEX-2018” sərgisinin iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev III “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisinin iştirakçılarına müraciət ünvanlayıb. Türk.az xəbər verir ki, dövlət başçısının müraciətini Azərbaycan Prezidentinin hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov oxuyub. Müraciət məktubunda qeyd olunub ki, ərazisinin 20 faizi işğal...

Bakıda “ADEX-2018” Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayıb

Bakıda “ADEX-2018” üçüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi başlayıb. Türk.az-ın məlumatına görə, sərgidə dünyanın 29 ölkəsini təmsil edən 224 şirkət iştirak edir. Sərgi Bakı Ekspo Mərkəzinin üç pavilyonunu, eləcə də açıq havada yerləşən meydançasını əhatə edir. Azərbaycan, Belarus, Fransa, İsrail, Pakistan, Rusiya, Serbiya,...

Azərbaycan Prezidenti Avropa İnvestisiya Bankının vitse-prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Avropa İnvestisiya Bankının vitse-prezidenti Vazil Hudakın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Türk.az-ın xəbərinə görə, bu barədə Azərbaycan Prezidentinin Mətbuat xidməti məlumat yayıb.

Birinci vitse-prezident Mehriban Əliyevanın İtaliyaya rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva İtaliya Respublikasına rəsmi səfərə gedib. Türk.az xəbər verir ki, səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulub.

Milli Məclisin payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb

Milli Məclisin oktyabrın 1-də keçiriləcək payız sessiyasının ilk plenar iclasının gündəliyi açıqlanıb. Türk.az xəbər verir ki, iclasın gündəliyinə 62 məsələ daxildir. Bunlar “Azərbaycan Respublikasının İsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında”, “Normativ hüquqi aktlar haqqında”, Aviasiya haqqında”, “İstehsalat bədbəxt hadisələr və peşə...