Türkiyədə zəlzələ olub

Türkiyənin Antalya əyalətinin Döşemealtı rayonunda 4,8 bal gücündə zəlzələ olub. Türk.az xəbər verir ki, bu məlumatı “ajanshaber” yayıb. Bildirilib ki, yeraltı təkanlar 47 km dərinlikdə olub. Təkanlar əhali arasında qısamüddətli vahimə yaradıb. Zəlzələ nəticəsində ölən, yaralanan və dağıntı olmayıb.

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 1,11 dollar və yaxud 1,43% artıb. Türk.az xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 78,99 dollar/barelə bərabər olub. Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal...

Ağstafada yanğın olub, xəsarət alan var

Ağstafa rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yanğın olub. Türk.az-a daxil olan məlumata görə, rayonun Qırılı kəndində ümumi sahəsi 40 m2 olan köməkçi tikilinin yanar konstruksiyaları 30 m2 sahədə yanıb. Yanğın zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan...

Cavid Qurbanov: “Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz”

“Bəzi mollaların boş-boş danışdığı sözlərə qulaq asmaq olmaz. Çünki onların səsləndirdiyi fikirlər xurafatdan başqa bir şey deyil”. Türk.az xəbər verir ki, bunu "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov “Dini ekstremizm-ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi” mövzusunda keçirilən tədbirdə...

Göygöl raypnunda son tunc-erkən dəmir dövrü kurqanları tədqiq edilib

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, tarix üzrə elmlər doktoru, professor Arif Məmmədovun rəhbərlik etdiyi Gəncə - Göygöl arxeoloji ekspedisiyası Göygöl rayonunda  arxeoloji qazıntı və çöl-tədqiqat işləri aparmışdır. Əsas arxeoloji qazıntı işləri Göygöl rayonunun Quşqara bələdiyyəsinin ərazisində, Gəncə şəhərinin...

Türkiyədə iqtisadi vəziyyət sabitləşir

Türkiyədən ixracın həcmi və turizmdən gəlirlər ölkə iqtisadiyyatının artım tempinə uyğun olaraq müsbət meyl nümayiş etdirib. Bunu Türkiyənin xəzinə və maliyyə naziri Berat Albayrak deyib. O, bu barədə 2018-ci ilin II rübündə qeydə alınmış 5,2%-lik iqtisadi artımı şərh edərkən danışıb. “Statistik...

Tripolidə terroçular partlayış törədib

Türk.az xəbər verir ki, partlayış Liviyanın paytaxtı Tripolidə Milli Neft Korporasiyasının ofisində qeydə alınıb. Məlumata görə, partlayış nəticəsində 2 nəfər ölüb, onlarla insan xəsarət alıb. Daha öncə Korporasiyanın ofisinə maskalı şəxslərin hücum etdiyi xəbər verilmişdi. İçəridə olan terrorçulardan birinin özünü...

Polis Bakıda təhlükəsizlik tədbirlərini gücləndirəcək

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakıda polis təhlükəsizlik tədbirlərini gücləndirəcək. Bunu “Report”a açıqlamasında Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov deyib. Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil...

Separatçı Rusiyada həbs edildi

Azərbaycan hüquq-mühafizə orqanlarının barəsində axtarış elan etdikləri separatçı Fəxrəddin Abbasov (Aboszadə) Rusiyada həbs edilib. Bu barədə Türk.az Rusiya KİV-lərinə istinadən xəbər verir. Bildirilib ki, Moskva vilayətinin Lüberets Şəhər Məhkəməsi Fəxrəddin Abbasovun Azərbaycan Respublikasına təhvil verilməsi üçün barəsində bir aylıq həbs qətimkan tədbiri...

İdlib əyalətində məktəb bombalanıb

Rusiya döyüş təyyarələrinin və Bəşər Əsədə bağlı helikopterlərin İdlibin cənubuna atdığı bombanın məktəbə düşməsi nəticəsində çoxu qadın və uşaq olmaqla, 17 nəfər yaralanıb. Türk.az Türkiyə kanallarına istinadən xəbər verir ki, Suriyanın İdlib əyalətinin Habit, Cercenaz, Hiş, Temenia və Hamanın Latamne...