Naxçıvan Ali Məclisinin iki komitəsi ləğv olunub, sədrin vəzifədən kənarlaşdırılması qaydası təsdiqlənib

Naxçıvan Ali Məclisi komitələrinin yeni tərkibi təsdiqlənib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə qərar muxtar respublikanın qanunverici orqanının avqustun 1-də keçirilən növbədənkənar sessiyasında qəbul olunub.

İclasda “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Daxili Nizamnaməsi” və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin komitələrinin yeni tərkibi təsdiq edilib.

Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb. 6 komitədən 2-si ləğv edilib, 4 komitə isə saxlanılıb. Komitələr daimi fəaliyyət göstərəcək.

Həmçinin sesiyada Ali Məclis sədrinin vəzifədən kənarlaşdırılması qaydası təsdiq edilib.

Əvvəlkiİyulun 24-dən 30-dək Azərbaycanda COVID-19 əleyhinə 164 doza vaksin vurulub
NövbətiQazaxıstanda yanğın olub, bir nəfər ölüb, onlarla insan xəsarət alıb