Qazaxıstanda yanğın olub, bir nəfər ölüb, onlarla insan xəsarət alıb

Qazaxıstanın Almatı şəhərində çoxmərtəbəli yaşayış binasında yanğın olub, bir nəfər ölüb, 43-ü xəsarət alıb.

“Report” “Kazinform” agentliyinə istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Səhiyyə Departamenti məlumat yayıb.

Alatau rayonunda qeydə alınan yanğın zamanı 23 təcili tibbi yardım briqadası cəlb olunub. 250 nəfər təxliyə edilib.

ƏvvəlkiNaxçıvan Ali Məclisinin iki komitəsi ləğv olunub, sədrin vəzifədən kənarlaşdırılması qaydası təsdiqlənib
NövbətiBakıda Özbəkistan Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi olub