Meksikanın yelkənli gəmisi Türkiyə limanında

Meksika hökumətinin Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə göndərdiyi “Cuauhtemoc” yelkənli təlim gəmisi İstanbulun Sarayburnu limanına yan alıb.

Trend xəbər verir ki, gəmi Meksikanın Ankaradakı səfiri Xose Luis Martinez y Hernandez, Meksikanın İstanbuldakı baş konsulu İzabel Arvide, Meksika Hərbi Dəniz Attaşesi kapitan Alfonso Karrillo Mendoza və Şimal Dəniz Hövzəsi Komandanlığının zabitləri tərəfindən qarşılanıb.

Bu ilin aprel ayında “Cuauhtemoc” adını daşıyan gəmi Meksikanıln Akapulko limanından, göyərtəsində 140 kursant və 266 nəfərlik heyətlə yola düşüb.

Meksika rəsmiləri gəminin Meksika xalqından Türkiyəyə sülh və xoşməramlılıq mesajı gətirdiyini söyləyiblər.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə İstanbula gələn gəmi “2023 Təhsil və Öyrənmə Kruiz”ində iştirak edəcək.

Gəminin ziyarəti 19-21 iyul tarixlərində İstanbulun Sarayburnu Limanında ictimaiyyət üçün açıq olacaq.

ƏvvəlkiAzərbaycan bu jurnalistləri “qara siyahı”dan çıxardı
Növbəti“Qarabağ” klubu UEFA Çempionlar Liqasında böyük hesablı qələbə ilə mərhələ adlayıb