M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialı abituriyentləri “Açıq qapı” gününə dəvət edir.

AZƏRTAC xəbər verir ki, “Açıq qapı” günü dekabrın 2-də saat 14:00-da təşkil olunacaq.

“Açıq qapı” günü abituriyentlər:

– 2024/2025-ci tədris ili üçün MDU-nun filialına qəbulun şərtləri və qaydaları ilə tanış olacaq;

– filialın filologiya, tətbiqi-riyaziyyat, kimya, psixologiya, iqtisadiyyat və fizika fakültələrində bakalavr və magistr səviyyələrində tədrislə bağlı hərtərəfli məlumat alacaq;

– qəbul imtahanlarına hazırlaşmaq üçün lazım olan materialları əldə edə biləcəklər.

Abituriyentlər üçün həm də filialın fakültələrini təmsil edən moskvalı professor-müəllim heyəti ilə görüş təşkil ediləcək.

“Açıq qapı” günü Bakı şəhəri, H.Cavid prospekti, 133 ünvanında (“Elmlər Akademiyası” metrostansiyasının yaxınlığı) keçiriləcək. Tədbir bitdikdən sonra (15:30) universitetin kampusuna ekskursiya təşkil ediləcək.

Əlaqə telefonu: (012) 598 93 32

ƏvvəlkiDövlət Mükafatları Komissiyası 2024-cü il üçün dövlət mükafatlarına əsərlərin (işlərin) qəbulunu elan edir
NövbətiBeynəlxalq Ədalət Məhkəməsi Ermənistanın Azərbaycana qarşı 10 iddiasından 7-sini rədd edib