Klassik və sürət avtomobillərinin festivalı başa çatıb

Azərbaycan Avtomobil Federasiyası (AAF) və “Nazar Holdings”in birgə təşkilatçılığı ilə Dənizkənarı Milli Parkın ərazisində iyunun 6-da və 7-də keçirilən “Classics & Supercars” festivalı başa çatıb.

AZƏRTAC xəbər verir ki, festival zamanı klassik avtomobillər, idman avtomobilləri və “Supercar”lar sərgilənib. Festivalda Azərbaycan Avtomobil Federasiyasının avtomobil kolleksiyası, həmçinin tədbirə qeydiyyatdan keçmiş avtomobil sahiblərinin nəqliyyat vasitələri nümayiş olunub.

ƏvvəlkiAzərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib
NövbətiSOCAR-ın minifutbol komandası Dünya Korporativ Oyunlarının qalibi olub