AAF klassik avtomobillərin yürüş və sərgisini keçirəcək

Azərbaycan Avtomobil Federasiyası (AAF) avqustun 26-da növbəti dəfə klassik avtomobillərin yürüş və sərgisini təşkil edəcək.

AAF-dan Türk.az-a verilən məlumata görə, bununla əlaqədar olaraq federasiya klassik avtomobil sahiblərini və həvəskarlarını tədbirdə iştiraka dəvət edir.

1980-ci ilədək istehsal olunan klassik avtomobillərin sahibləri avqustun 22-si saat 18:00-dək qeydiyyatdan keçə bilər. Yürüşdə və sərgidə iştirak üçün avtomobilini qeydiyyatdan keçirmək istəyən şəxslərin AAF ilə (012) 505 60 03 və ya (050) 295 01 00 telefon nömrələri, eləcə də office@faa.az elektron poçt ünvanı ilə əlaqə saxlaması mümkündür.

Qeydiyyatdan keçən avtomobil və sahibləri avqustun 26-sı saat 15:30-da Heydər Əliyev Mərkəzinin qarşısında olmalıdır.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürəcək yürüş Bakı şəhərinin mərkəzi küçələri ilə davam edəcək.

Yürüşdən sonra Mərkəzin parkında konsert və əyləncə proqramı təşkil olunacaq.

Əvvəlkiİspaniyada konsert platformasının çökməsi nəticəsində 130-a yaxın insan yaralanıb
NövbətiAzərbaycan Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin yaradılmasında və inkişafında da mühüm rol oynayır