Azərbaycanın qadın cüdoçuları Avropa Açıq Turnirini 3 medalla bitirib

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə Avropa Açıq Turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisi yarışın son günündə daha bir medal qazanıb. Gültac Məmmədəliyeva (52 kiloqram) bürünc medala sahib çıxıb. Cüdoçu üçüncü yer uğrunda görüşdə Böyük Britaniya təmsilçisi Keytlin Barberi məğlub edib.

Xatırladaq ki, turnirin ilk günündə Fidan Əlizadə (63 kiloqram) gümüş, Madina Kaisinova (+78 kiloqram) isə bürünc medal əldə etmişdi.

ƏvvəlkiAzərbaycan parataekvondoçusundan Almaniyada növbəti qızıl medal
NövbətiKlassik və sürət avtomobillərinin festivalı başa çatıb