Azərbaycan millisi UEFA Millətlər Liqasına heç-heçə ilə başlayıb

UEFA Millətlər Liqasının D Divizionunda Litva və Azərbaycan yığmaları arasında oyun başa çatıb.

AZƏRTAC xəbər verir ki, Kaunas şəhərində oynanılan matçda qalib müəyyənləşməyib – 1:1. Yığmamızın heyətində qolu 14-cü dəqiqədə Mahir Emreli vurub.

Beləliklə, Azərbaycan millisi UEFA Millətlər Liqasının yeni mövsümünə heç-heçə ilə başlayıb.

Qeyd edək ki, yığma qrupda ikinci oyununu oktyabrın 1-də Bakıda Lixtenşteynə qarşı keçirəcək.

Əvvəlki52-ci Berlin Marafonunda 162 ölkədən 50 mindən çox iştirakçı yarışıb