Azərbaycan boksçuları Olimpiya ümidləri turnirində 12 medal qazanıblar

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda boks üzrə Olimpiya ümidləri turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, 2 kateqoriya üzrə yarışa 13 idmançı ilə qatılan Azərbaycan millisi 12 medal – 7 qızıl, 3 gümüş və 2 bürünc medal qazanıb.

U-19-lar arasında təşkil olunan turnirdə Əli Əliyev (50 kiloqram), Nihat Qasımov (55 kiloqram), Əli Baxışov (60 kiloqram) və Səftər Məmmədzadə (+90 kiloqram fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Gülər Hüseynova (54 kiloqram) gümüş, Şahin Aslanovla (65 kiloqram) Rza Rzayev (70 kiloqram) bürünc medala sahib olublar.

U-17-lərin yarışında Aysel Fərəcova (48 kiloqram), Səma Abbasova (66 kiloqram) və Xumar Cəfərli (80 kiloqram) birinci yeri tutublar. Aydan İsmayıllı (48 kiloqram) ilə Fatimə Məmmədli (50 kiloqram) isə gümüş medala yiyələniblər.

ƏvvəlkiAzərbaycan boksçusu Dünya Kubokunda qızıl medal qazanıb
NövbətiPrezident İlham Əliyev İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının nümayəndə heyətini qəbul edib