Kabildə partlayışlar nəticəsində ölənlərin sayı 200-ə çatıb

Əfqanıstanın paytaxtı Kabil şəhərində baş vermiş partlayışlar nəticəsində ölənlərin sayı artıb.

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” qəzeti məlumat yayıb.

Belə ki, hazırda ölü sayı 200 nəfər təşkil edir. Bundan əvvəl ölü sayının 170 olduğu bildirilirdi.

Qeyd edək ki, dünən Kabildə silsilə partlayışlar baş verib. Terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

ƏvvəlkiBu gün COVID-19 əleyhinə 74 min dozadan çox peyvənd vurulub
NövbətiQazaxıstanda hərbi hissədə partlayış nəticəsində ölənlərin sayı 12-yə yüksəlib