İki gün əvvəl dənizdə batan şəxsin meyiti tapıldı

İki gün əıvvəl dənizdə batan şəxsin meyiti tapılıb.

Trend xəbər verir ki. bu barədə FHN məlumat yayıb.

Bildirilib ki, 24.07.2023-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, Pirşağı qəsəbəsində dənizdə (ən yaxın sularda xilasetmə məntəqəsindən təqribən 3 km aralı, nəzarətsiz ərazi) batan 1 nəfərin axtarışları başa çatıb.

Batan şəxsin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

ƏvvəlkiAzərbaycanın Su-25 təyyarələri Türkiyədə təkmilləşdiriləcək
Növbəti“İssık-Kul 2023” forumunda Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rolundan danışılıb