Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək

Azərbaycanlı jurnalist Fuad Abbasov bu gün Rusiyadan deportasiya ediləcək.

Bu barədə “Report”un Rusiya bürosuna F.Abbasovun vəkili Teyyub Şərifov məlumat verib.

Onun sözlərinə görə, öz hesabına bilet alınıb və bu gün gecə Abbasov Moskvadan Bakıya olan reyslə Rusiya Federasiyasından deportasiya ediləcək.

Xatırladaq ki, dünən Moskva Vilayət Məhkəməsi azərbaycanlı jurnalist Fuad Abbasovun şikayətini rədd edərək məhkəmənin əvvəlki qərarını qüvvədə saxlayıb.

ƏvvəlkiAzərbaycanda 7 məhkəmənin adı dəyişdirilir – SİYAHI
NövbətiGürcüstanda azərbaycanlı ər-arvada silahlı basqınla bağlı təfərrüat məlum olub – YENİLƏNİB