Ermənistanda 4 hərbi yük maşını toqquşub, 1 nəfər ölüb, 13 nəfər yaralanıb

Ermənistanda 4 hərbi yük maşınının toqquşması nəticəsində 1 nəfər ölüb, 13 nəfər yaralanıb.

“Report” “newsarmenia”ya istinadən xəbər verir ki, məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Hadisə Arteni-Karakert avtomobil yolunda baş verib.

Məlumata görə, Talin-Arteni magistralının 20-ci km-liyində 3 “KamAZ” və 1 “ZİL” markalı avtomobil toqquşub. Bundan sonra mülki vətəndaşları daşıyan avtobus “KamAZ”-ın qoşqusuna çarpılıb. Nəticədə avtobusun sürücüsü hadisə yerində ölüb, 13 nəfər yaralanıb. Xəsarət alanlar xəstəxanaya yerləşdirilib.

Toqquşan avtomobillərin hamsısı Müdafiə Nazirliyinə məxsusdur.

ƏvvəlkiErmənistan atəşkəs rejimini 22 dəfə pozub
NövbətiÇinin enerji nəhəngi yeni neft yatağı kəşf edib