Emmanuel Makron Prezident İlham Əliyevə telefonla zəng edib

Oktyabrın 9-da Fransa Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət başçıları Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yaranmış vəziyyəti müzakirə ediblər.

ƏvvəlkiAzərbaycanda koronavirus infeksiyasına 215 yoluxma faktı qeydə alınıb
NövbətiBakıda şəhər mərkəzləri sisteminin yaradılması təklif olunur