Dünya Kuboku: Nicat Abasov ilk oyunda Karlsenə uduzub

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinal mərhələsinin ilk oyununu keçirib.

“Report”un məlumatına görə, 28 yaşlı qrossmeyster beşqat dünya çempionu, norveçli Maqnus Karlsenlə üz-üzə gəlib.

Qara fiqurlarla mübarizə aparan Abasov rəqibinə məğlub olub. İkinci qarşılaşma sabah keçiriləcək.

Qeyd edək ki, Nicat Abasov 1/4 finalda Hindistan təmsilçisi Vidit Santoşu, Maqnus Karlsen isə onun həmyerlisi Domaracu Qukeşi mübarizədən kənarlaşdırıb.

ƏvvəlkiHindistanda əlverişsiz hava şəraiti nəticəsində 2 mindən çox insan ölüb
NövbətiSabah Bakının mərkəzində yolun bir hissəsi tamamilə bağlanacaq