Nicat Abasov Dünya Kubokunda 1/4 final mərhələsinin ilk oyununu keçirəcək

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda bu gün 1/4 final mərhələsinin ilk oyununu keçirəcək.

Bu barədə AZƏRTAC-a Azərbaycan Şahmat Federasiyasından məlumat verilib. Bildirilib ki, 28 yaşlı qrossmeyster bu raundda Hindistan təmsilçisi Vidit Santoşla üz-üzə gələcək. Abasov qara fiqurlarla mübarizə aparacaq.

Qeyd edək ki, Nicat Abasov 1/8 final mərhələsində Birləşmiş Ərəb Əmirliklərindən olan Saleh Salemi, Vidit Santoş isə Beynəlxalq Şahmat Federasiyanın bayrağı altında çıxış edən rusiyalı Yan Nepomnyaşini mübarizədən kənarlaşdırıb.

ƏvvəlkiNİİM yüksək sürətlə avtomobil idarə edən sürücülərə müraciət edib
NövbətiFHN əyləncə mərkəzində təlim keçirib