Dünya Kuboku: Azərbaycanın basketbol millisi pley-in mərhələsində

Basketbolun 3×3 növü üzrə qadınlardan ibarət Azərbaycan millisi Polşanın paytaxtı Varşava şəhərində keçirilən Dünya Kubokunda sonuncu qrup oyununa çıxıb.

AZƏRTAC xəbər verir ki, yığma ev sahibi Polşa seçməsi ilə qarşılaşıb.

Görüş millimizin 20:13 hesablı qələbəsi ilə bitib.

Bu qələbə komandamız qrup ikinciliyini rəsmiləşdirib. Qeyd edək ki, millimiz 1/4 final mərhələsinə vəsiqə uğrunda D qrupunun üçüncüsü ilə pley-in görüşündə qarşılaşacaq.

ƏvvəlkiQırğızıstan ilk dəfə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
NövbətiBilyard üzrə Avropa Kuboku və Avropa çempionatında 10-dan çox ölkənin təmsilçisi çıxış edəcək