Azərbaycan şahmatçısı beynəlxalq turnirdə çempionluğu təmin edib

Özbəkistanda təşkil olunan “UzChess Cup” ənənəvi beynəlxalq şahmat turniri sona yaxınlaşır.

AZƏRTAC xəbər verir ki, son tur ərəfəsində “Challenge” bölməsində qalib məlum olub. 7 turda maksimum xal toplayan Azərbaycan çempionu Məhəmməd Muradlı birinci pillədə yerini təmin edib. Aktivində 7 xal olan M.Muradlı sabah son turda Özbəkistan şahmatçısı Jakhongir Vakhidovla mübarizə aparacaq.

ƏvvəlkiBakı-Naxçıvan-Bakı marşrutu üzrə bu günə olan reyslər ləğv olunub
NövbətiAzərbaycanın namizədi BMT-nin İnsan Hüquqları Komitəsinin üzvlüyünə seçilib