Dağlıq Qarabağda erməni əsgəri ölüb

Ermənistanın işğalı altında olan Azərbaycanın Dağlıq Qarabağ bölgəsində erməni əsgəri ölüb.

“Report” “Novosti Armeniya”ya istinadən xəbər verir ki, hadisə iyulun 24-də gecə saatlarında baş verib.

2000-ci ildə anadan olan Volodya Qaloyan naməlum şəraitdə odlu silahdan açılan atəşdən ağır yaralanıb. O, aldığı yaradan ölüb.

Hadisənin şəraiti və səbəbi araşdırılır.

ƏvvəlkiTürkiyə şirkəti Azərbaycan iqtisadiyyatına investisiya qoymaq istəyir
NövbətiÇində 11 nəfər torpaq sürüşməsinin qurbanı olub