Xəzərdə dalğanın hündürlüyü 7,5 metrə çatacaq
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Dəniz Agentliyinin Milli Mərkəzinə Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.
Dövlət Dəniz Agentliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, məlumatda...
Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub
Yevlax-Bərdə avtomobil yolunda baş vermiş yol qəzası zamanı ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.
"Report"un məlumatına görə, avtomobil qəzası zamanı Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.
Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman...
“Meyvəli” bazarında yanğın başlayıb
Lökbatan qəsəbəsi ərazisindəki "Meyvəli" bazarında yanğın başlayıb.
“Report”un məlumatına görə, yanğın ərzaq mağazalarının birində qeydə alınıb.
Artıq əraziyə yanğınsöndürənlər cəlb olunub, yanğının söndürülməsi üçün tədbirlər görülür.
Yanğının miqyası və digər təfərrüatlar barədə məlumat veriləcək.
Cəbrayıl rayon sakininin Mehdili kəndi ərazisində minaya düşməsi ilə bağlı cinayət işi başlanıb
Fevralın 25-də saat 14 radələrində Cəbrayıl rayon sakini 1964-cü il təvəllüdlü Mirzəliyev Güloğlan İmran oğlunun rayonun işğaldan azad edilmiş Mehdili kəndi ərazisində minaya düşərək xəsarətlər alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Cəbrayıl Rayon Prokurorluğundan AZƏRTAC-a bildiriblər ki, araşdırmalarla Güloğlan Mirzəliyevin...
Ötən sutka ərzində 16 nəfər xilas edilib
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 25 halda yanğına çıxış və 9 halda köməksiz vəziyyətdə qalma faktları üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər...
Bakıda yolların buz bağlaması nəticəsində 41 qəza baş verib
Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq ötən gündən indiyədək Bakı şəhəri ərazisində maddi zərərlə nəticələnən yol-nəqliyyat hadisələrinin sayı açıqlanıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov “Report”un sorğusuna cavab olaraq bildirib ki, paytaxt ərazisində sürücülər tərəfindən yol...
Bakı-Qazax yolunda zəncirvari qəza ilə bağlı rəsmi açıqlama: ölən və yaralanan var
Bakı-Ələt-Qazax magistral yolunda baş verən zəncirvari qəzada bir nəfər ölüb, bir nəfər yaralanıb.
Bu barədə “Report”a Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenatı Namidan Piriyev deyib.
O qeyd edib ki, 10-dan çox avtomobilin iştirakı ilə baş verən...
Paytaxtın Xəzər rayonunda birmərtəbəli ev yanıb
Paytaxtın Xəzər rayonunda ümumi sahəsi 80 kvadratmetr olan dördotaqlı ev yanıb.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hadisə nəticəsində birmərtəbəli evin içərisindəki əşyalar yanaraq yararsız vəziyyətə düşüb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Alov yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Tərtərdə minaya düşən şəxsin meyiti tapılıb
Fevralın 18-də saat 18 radələrində vətəndaşlar Bəxtiyar Mahmudov və qohumu Elşən Abbasovun “Niva” markalı dövlət nömrə nişanı məlum olmayan avtomobillə Tərtər rayonunun işğaldan azad edilmiş Talış kəndi ərazisində tank əleyhinə minaya düşməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Tərtər rayon...
Xəzər dənizində dalğanın hündürlüyü 4 metrə çatıb
Milli Hidrometeorologiya Xidmətinin fevralın 17-si saat 22:00-a olan məlumatına əsasən, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Göygöl, Naftalan, Ağdam, Oğuz, Qəbələ, Şamaxı, Mərəzə, Tərtər, Bərdə, Mingəçevir, Yevlax, Zərdab, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Hacıqabul, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Göytəpə, Lənkəran, Astara,...