Cahit Bağcı: Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün səy göstəririk

Türkiyə bütün təcrübələri ilə Azərbaycanın yanındadır. Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün səy göstəririk.

AZƏRTAC xəbər verir ki, bunu dekabrın 19-da Bakıda keçirilən “İş dünyasının görüşü” adlı tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı bildirib.

O qeyd edib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmağa çalışırıq. Bu çərçivədə ticarətimiz 2023-cü ilin ilk on ayında altı milyard dollardan çox olub. Hazırda Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”.

ƏvvəlkiTürkiyənin vitse-prezidenti: Azərbaycanla ticarət dövriyyəmizin həcminin daha da artacağına əminəm
NövbətiBakıda qəfildən qatarın qarşısına çıxan şəxs həyatını itirib