Binəli Yıldırım və Türkiyə səfiri Şuşaya səfər edib

Türkiyənin sabiq baş nazir, Türk Dövlətləri Təşkilatı (TDT) Ağsaqqallar Şurasının sədri, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Binəli Yıldırım Şuşaya səfər edib.

“Report” xəbər verir ki, bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağcı tviter hesabında bildirib.

O, sabah – iyunun 15-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Şuşa Bəyannaməsinin imzalanmasının birinci ildönümü münasibətilə keçirilən tədbirdə iştirak edəcək.

Əvvəlki“107” sifariş xidmətinin fəaliyyəti dayandırılır
NövbətiPrezident İlham Əliyev minifutbol üzrə Avropa çempionatının qalibi olan milli komandamızın üzvlərini qəbul edib