“107” sifariş xidmətinin fəaliyyəti dayandırılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Aztelekom” MMC “107” xidmətinin fəaliyyətini iyulun 6-dan sonra dayandıracaq.

“Report” MMC-yə istinadən xəbər verir ki, xidmətin dayandırılmasına səbəb onun aktual olmaması və sifarişçi sayının nəzərəçarpacaq dərəcədə azalması göstərilir.

Qeyd olunub ki, stasionar telefon vasitəsilə ölkədaxili, mobil və beynəlxalq danışıq xidmətlərindən istifadə etmək üçün sadəcə “sıfır” kodunun aktiv olması kifayət edir.

Bildirilib ki, abunəçilər “Sıfır” kodunu aktivləşdirmək üçün ərizə ilə yaşadıqları ünvan üzrə müvafiq telekommunikasiya qovşağına müraciət edə bilərlər.

Xatırladaq ki, “Aztelekom” 1996-cı ildən fəaliyyət göstərən eyni adlı İstehsalat Birliyinin bazasında 2015-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 22,525 milyon manatdır. Milli rabitə operatoru olan şirkət fərdi və korporativ müştərilərə, rabitə operatorlarına və digər istifadəçilərə müxtəlif xidmətlər göstərir.

ƏvvəlkiQHT Agentliyi və BMT-nin Azərbaycandakı nümayəndəliyi Bəyannamə imzalayıb
NövbətiBinəli Yıldırım və Türkiyə səfiri Şuşaya səfər edib