Böyük Britaniyada müharibə qurbanlarının xatirəsi anılır

Böyük Britaniyada müharibə qurbanlarının Anım Günü keçirilir.

AZƏRTAC xəbər verir ki, Böyük Britaniyada müharibə qurbanlarının xatirəsinə həsr edilən Rememberance Sunday (Anım Günü) mərasimi keçirilir. Hazırda Böyük Britaniyanın hər yerində I və II Dünya müharibəsi, eləcə də digər münaqişələr zamanı həyatını itirmiş şəxslər yad edilir.

Mərasimdə müharibə qurbanlarının xatirəsi 2 dəqiqəlik sükutla anılır. Sükut Big Benin 11 dəfə vurması ilə başlayıb.

Daha sonra Vaythol küçəsində onlar üçün ucaldılmış “Cenotaph” abidəsinin önünə əklil qoyulub, veteranlar marşı keçirilib.

Mərasimdə Kral ailəsi üzvləri, dövlət rəsmiləri, siyasi partiya rəhbərləri, müharibə veteranları və Folklend müharibəsinin 40-cı ildönümünü qeyd etmək üçün Cənubi Atlantika Medal Assosiasiyasının 400 üzvü də iştirak edir.

Kral III Çarlz anası Kraliça II Elizabetin ölümündən sonra monarx kimi ilk dəfə mərasimə başçılıq edib və əklil qoyub.