Son sutkada Azərbaycanda COVID-19 infeksiyasına 33 yoluxma faktı qeydə alınıb

Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 33 yoluxma faktı qeydə alınıb, 42 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 2 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 823 min 721 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 813 min 570 nəfər müalicə olunaraq sağalıb, 9 min 963 nəfər vəfat edib. Aktiv xəstə sayı 188 nəfərdir.

Son sutkada yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 1390, bu günə qədər isə ümumilikdə 7 milyon 344 min 397 test icra olunub.

ƏvvəlkiBöyük Britaniyada müharibə qurbanlarının xatirəsi anılır
NövbətiABŞ-da aviaşou zamanı iki təyyarənin toqquşması nəticəsində 6 nəfər ölüb