Bakıda Azərbaycan – Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclası keçirilir

Bakıda Azərbaycan və Böyük Britaniya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 6-cı iclası işə başlayıb.

“Report” xəbər verir ki, iclası energetika naziri Pərviz Şahbazov açıq elan edib.

Onun sözlərinə görə, bugünkü müzakirələr iki ölkənin maraqları baxımından yeni imkanlar açacaq.

Nazir qeyd edib ki, 2022-ci ildə Azərbaycanla Böyük Britaniya arasında ticarət dövriyyəsinin dəyəri 2021-ci ilə nisbətən xeyli artaraq 1 milyard ABŞ dollarını keçib.

“Bu ilin 11 ayında isə iki ölkə 734 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatları aparıb. Azərbaycan Böyük Britaniyaya əsasən xam neft və avadanlıq ixrac edir”, – deyə o vurğulayıb.

“Ölkəmizdə bu gün 662 Britaniya şirkəti fəaliyyət göstərir. Onlar əsasən enerji, sənaye, nəqliyyat, inşaat, kənd təsərrüfatı və ticarət sahələrində fəaliyyət göstərir”, – deyə nazir əlavə edib.

ƏvvəlkiÖzbəkistan Prezidenti 300-dən çox məhbusu əfv edib
NövbətiMəktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi: Təhsil müəssisələrində tədris davam etdirilir