Özbəkistan Prezidenti 300-dən çox məhbusu əfv edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Konstitusiyanın qəbulunun 31-ci ildönümü ilə əlaqədar bir qrup şəxsin əfv edilməsi haqqında sərəncam imzalayıb.

“Report” yerli mətbuata istinadən xəbər verir ki, bu barədə Özbəkistan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, bu sənədlə Özbəkistanda 334 nəfər əfv edilib.

Onlardan 34 nəfər əsas cəzanı çəkməkdən tam, 249 nəfər şərti olaraq cəza çəkməkdən azad edilib, 6 nəfərə təyin edilmiş cəza daha yüngül cəza ilə əvəz edilib. Bundan başqa, 45 nəfərin cəza müddəti azaldılıb.

Əfv olunanlar arasında 18-i xarici ölkə vətəndaşı, 23-ü qadın, 15-i 60 yaşdan yuxarı şəxs, 88-i isə qadağan olunmuş təşkilatların fəaliyyətində iştirak etmiş şəxslərdir.

ƏvvəlkiDövlət Yol Polisi hərəkət iştirakçılarını yollarda diqqətli və təmkinli olmağa çağırıb
NövbətiBakıda Azərbaycan – Böyük Britaniya Hökumətlərarası Komissiyasının iclası keçirilir