Gürcüstan və Özbəkistan prezidentləri Cənubi Qafqazla Mərkəzi Asiya arasında əməkdaşlığı müzakirə ediblər

Gürcüstan Prezidenti Mixeil Kavelaşvili Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ilə təkbətək görüş keçirib.

Bu barədə AZƏRTAC-a Gürcüstan Prezident admnistrasiyasından məlumat verilib.

Görüş zamanı ikitərəfli münasibətlərin gündəliyi nəzərdən keçirilib. Xüsusi diqqət iki ölkə arasında münasibətləri keyfiyyətcə yeni səviyyəyə qaldıracaq strateji tərəfdaşlıq haqqında sənədin imzalanmasına yönəldilib.

Söhbət zamanı iqtisadi əlaqələr, Orta Dəhlizin inkişaf perspektivləri və beynəlxalq formatlarda koordinasiyanın gücləndirilməsi məsələlərinə toxunulub. Bu kontekstdə strateji tərəfdaşlığın Cənubi Qafqaz və Mərkəzi Asiya arasında ikitərəfli münasibətlərin və bağlantının gücləndirilməsi baxımından yaratdığı imkanlar qeyd edilib.

ƏvvəlkiAzərbaycan basketbol millisi seçmə mərhələdə növbəti qələbəsini qazanıb
NövbətiDrezdendə Avropanın ən böyük çip zavodlarından biri fəaliyyətə başlayıb