Azərbaycan gimnastları nüfuzlu yarışlarda yarımfinala və finala yüksəliblər

Azərbaycan gimnastları Böyük Britaniyanın Birmingem şəhərində batut gimnastikası və tamblinq üzrə keçirilən dünya yaş qrupları yarışında, eləcə də 1-ci dünya çempionatında mərhələ adlayıblar.

Federasiyadan AZƏRTAC-a verilən məlumata görə, yığma komandanın üzvlərindən Ömər Qasımlı, Fərhad Mustafayev (batut gimnastikası) sinxron proqramda finala yüksəliblər.

Hüseyn Abbasov (batut gimnastikası) və Aleksey Karataşov (tamblinq) analoji yarışda finala, dünya çempionatında isə yarımfinala vəsiqə qazanıblar.

ƏvvəlkiŞəhid Milli Qəhrəman İmanverdi Əliyevin xatirəsi anılıb
NövbətiMyanma ordusu üsyançı qruplarla şiddətli döyüşlərin getdiyini açıqlayıb