ABŞ və Böyük Britaniya Yəməndə husilərin mövqelərinə silsilə zərbələr endirib

ABŞ və Böyük Britaniya silahlı qüvvələri husilərin Hudeydə əyalətindəki mövqelərinə hücum edib.

AZƏRTAC xəbər verir ki, bu barədə “Al Masirah” telekanalı məlumat yayıb.

Məlumata görə, əyalətin inzibati mərkəzinin cənub ətrafı və Əl-Luheya rayonunun dağlıq ərazisində yerləşən husilərin hədəfləri vurulub.

Ölən və yaralananlar barədə məlumat yoxdur.

ƏvvəlkiÇilidə meşə yanğınlarında ölənlərin sayı 19 nəfərə çatıb
Növbəti“Böyük Dəbilqə”: Azərbaycan cüdoçusu gümüş medal qazanıb