Bayden Poroşenkodan Baş prokuroru vəzifədən azad edilməsini şəxsən xahiş edib

ABŞ-ın keçmiş vitse-prezidenti Cozef Bayden 2015-ci ilin dekabr ayında Ukraynaya səfəri çərçivəsində ölkə prezidenti Petro Poroşenkodan Baş prokuror Viktor Şokinin vəzifəsindən azad edilməsini şəxsən xahiş edib. V. Şokin Baydenin oğlunun da işlədiyi “Burisma” holdinqinin rəhbərliyi ilə əlaqədar istintaq başlatmışdı.

Türk.az “TASS”a istinadən xəbər verir ki, bu barədə Ukraynanın Baş prokuroru vəzifəsini icra etmiş Yuriy Sevruk “NHK” telekanalına müsahibəsində bildirib.

“Baydenin səfərindən sonra Petro Poroşenko Baş prokurora ictimai nüfuzunun zəif olması bəhanəsi ilə vəzifəsindən istefa verməyə çağırmışdı”.

O, qeyd edib ki, Şokinin istefasından sonra ABŞ Ukraynaya 1 milyard dollar maliyyə yardımı göstərib. Onun sözlərinə görə, istintaq “Burisma” holdinqinin rəhbərliyinə aid deyildi, lakin bəzi şəxslər bu məsələnin Hanter Baydenə təsir edə biləcəyindən ehtiyatlanırdı.

V. Şokin 2015-ci ilin fevralından 2016-cı ilin martına qədər Ukraynanın Baş prokuroru vəzifəsini icra edib. Ondan sonra Yuriy Sevruk 2016-ci ilin may ayına qədər Baş prokuror vəzifəsini icra edib.

ƏvvəlkiTeymur Rəcəbov Dünya Kubokunun finalında qələbə qazanıb
NövbətiMüdafiə Nazirliyi cəbhə xəttindəki vəziyyətlə bağlı məlumat yayıb