Bakıda taksi sürücüsünü bıçaqlayan şəxs saxlanılıb

Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini K.Heydərov iyunun 6-da saat 2 radələrində idarə etdiyi “London Taxi” markalı avtomobildə sərnişin qismində olan şəxslə Binə atçılıq yaşayış sahəsində aralarında münaqişə baş verdiyini, bu zaman həmin şəxsin onun qarın və qol nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk etdiyini bildirib.Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən sağlamlığa ağır zərər vurmaqda şübhəli bilinən Bakı şəhər sakini B.Həsənov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

ƏvvəlkiGürcüstanda azərbaycanlı ər-arvada silahlı basqınla bağlı təfərrüat məlum olub – YENİLƏNİB
NövbətiBakı-Gəncə-Bakı sürətli sərnişin qatarının hərəkət cədvəli dəyişdirilir