Bakıda Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumu keçirilib

İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası (IACCI) Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Azərbaycan-İsrail Erkən Təhsil və Valideynlik Forumunun təşkili və həyata keçirilməsi ilə mühüm mərhələyə nail olub.

AZƏRTAC xəbər verir ki, bu əlamətdar hadisə Bakıda erkən təhsil və valideynlik sahələrində tanınmış israilli ekspertləri bir araya gətirib.

Forum şəhidlərimizin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Proses IACCI-nin prezidenti Aleks Kaplunun açılış nitqi ilə davam edib, daha sonra elm və təhsil nazirinin müavini Həsən Həsənli və UNEC-in rektoru Ədalət Muradovun adından qonaqları salamlayan Beynəlxalq Əməkdaşlıq Departamentinin direktoru Nərmin İbrahimovanın çıxışı dinlənilib.

IACCI-nin prezidenti Aleks Kaplun tədbirin təsiri ilə bağlı nikbinliyini ifadə edərək deyib ki, ölkələrimiz müxtəlif həyati əhəmiyyətli sektorlar üzrə məhsuldar əməkdaşlıq tarixinə malikdir: “Mən qəti şəkildə inanıram ki, bu forum daha geniş əməkdaşlıq üçün katalizator rolunu oynayacaq. Biz forumun nəticələrindən çox razıyıq, çünki israilli ekspertlər tərəfindən təqdim olunan layihələr və təhsil proqramları azərbaycanlı həmkarlarımız arasında böyük marağa səbəb olub. Əminik ki, bu tərəfdaşlıq səmərəli əməkdaşlığın başlanğıcıdır”.

ƏvvəlkiPrezident İlham Əliyev Çin Xalq Respublikasının Sədrinə təbrik məktubu ünvanlayıb
NövbətiMətbuat Şurasının İdarə Heyətinin üzvü Özbəkistanda səfərdə olub