Bakıda 125 nömrəli marşrut xətti üzrə avtobusların hərəkət sxemi dəyişdirilib

Bakıda sərnişin daşıma fəaliyyəti göstərən 125 nömrəli müntəzəm marşrut üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib.

Məlumata görə, buna səbəb Nəsimi rayonunda Neftçilər prospektində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrin hərəkətinə məhdudiyyətin tətbiq edilməsidir. Odur ki, sözügedən xətt üzrə avtobuslar alternativ küçə ilə hərəkət edəcək.

Məhdudiyyət aradan qaldırıldıqdan sonra marşrutun əvvəlki sxem üzrə fəaliyyəti təmin olunacaq.

ƏvvəlkiAzərbaycanın vətəndaş cəmiyyəti təmsilçiləri Beynəlxalq Qırmızı Xaç Komitəsinə açıq məktub ünvanlayıblar
NövbətiQaxda 11 gün əvvəl itkin düşən şəxsin meyiti tapılıb