“Azeri Light” markalı neft bahalaşıb

Dünya bazarında Azərbaycan neftinin qiyməti bahalaşıb.

AZƏRTAC xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,96 dollar və ya 1,1 faiz artaraq 88,11 dollar olub.

Qeyd edək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

ƏvvəlkiPaytaxtda “EduArt-DigiEduHack Baku’23” hakatonu keçirilib
NövbətiÜzgüçülük üzrə Azərbaycan Kuboku keçiriləcək