Azərbaycan neftinin qiyməti 78 dollara yaxınlaşıb

Azərbaycanın dünya bazarına çıxararaq satdığı “Azeri LT CIF” markalı xam neftin qiyməti 1,62 ABŞ dolları, yaxud 2,14 % artıb.

“Report” xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 77,45 ABŞ dolları təşkil edib.

Xatırladaq ki, “Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

ƏvvəlkiHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Heydər Əliyev Mərkəzində braziliyalı rəssam Nina Pandolfonun sərgisində iştirak edib
NövbətiQurbanqulu Berdiməhəmmədov Prezident İlham Əliyevi təbrik edib