Azərbaycanda məscidlərə dini rəhbərlərin təyinatı səlahiyyəti QMİ-dən alınır

Azərbaycanda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti Qafqaz Müsəlmanları İdarəsindən alınır.

“Report”un əldə etdiyi məlumata görə, bu, “Dini etiqad azadlığı haqqında” qanunun 8-ci maddəsinə təklif olunan dəyişiklik layihəsində əksini tapıb.

Dəyişikliyə əsasən, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimlərinin təyinatı səlahiyyəti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (qurum) verilir. Müvafiq qurum təyinatla bağlı sadəcə Qafqaz Müsəlmanları İdarəsinə məlumat verəcək.

Qeyd edək ki, qanunun 8-ci maddəsinin hazırkı variantı belədir: “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara rəhbərlik edən din xadimləri müvafiq icra hakimiyyəti orqanına məlumat verilməklə Qafqaz Müsəlmanları İdarəsi tərəfindən təyin olunur və hər beş ildən bir attestasiyadan keçir”.

ƏvvəlkiNaxçıvan Muxtar Respublikası Şahmat Federasiyası ilə uğurla yekun vurub
NövbətiCeyhun Bayramov İƏT Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçiriləcək iclasına dəvət edilib