Azərbaycanda “Hökumət buludu” Konsepsiyasının hansı məqsədlərə xidmət edəcəyi açıqlanıb

Azərbaycanda “Hökumət buludu” Konsepsiyasının hansı məqsədlərə xidmət edəcəyi açıqlanıb.

Türk.az-ın xəbərinə görə, Prezident İlham Əliyev “Hökumət buludu”nun (G-cloud) yaradılması və “bulud” xidmətlərinin göstərilməsi sahəsində tədbirlər haqqında” fərman imzalayıb.

Konsepsiya dövlət informasiya sistemlərinin İKT infrastrukturu üçün vahid yanaşmanın seçilməsi və “bulud” texnologiyasının tətbiqi ilə səmərəli idarəetmənin və istifadənin təşkili, xərclərin optimallaşdırılmasına, dövlət informasiya resurslarından (məlumat, iş və xidmətlərdən) istənilən məkandan istifadə və dövlət-özəl İKT xidmətləri təminatının səmərəliləşdirilməsinə, Data Mərkəzinin infrastrukturundan səmərəli istifadə edilməsinə, dövlət informasiya sistemlərinin effektiv təşkili və dayanıqlı infrastrukturda yerləşdirilməsinə, dövlət qurumlarının infrastruktur və xidmət ehtiyaclarının “Hökumət buludu”nda sürətli və çevik formada təmin edilməsi və tələbata uyğun xidmət göstərilməsinə, ölkədə “bulud” texnologiyasından istifadənin genişləndirilməsi, fəaliyyətlərdə səmərəliliyinin artırılmasına, dövlət-özəl əməkdaşlığının həyata keçirilməsinə, “bulud” xidmətlərinin göstərilməsində şəffaf dövlət satınalmaları prinsiplərinə uyğun qiymətlərin və xidmət keyfiyyətlərinin tətbiqinə, elektron xidmətlərin keyfiyyətinin artırılması və xidmətlərdən vətəndaş məmnuniyyətinin yüksəldilməsinə, dövlət informasiya sistemləri və ehtiyatları arasında fasiləsiz, təhlükəsiz və operativ məlumat mübadiləsinin aparılmasına, dövlət qurumlarında mövcud olan, beynəlxalq standartlara cavab verməyən məlumat mərkəzlərinin təmərküzləşməsinə, dövlət qurumlarının mərkəzləşdirilmiş xidmətlərdən istifadəsi nəticəsində öz server otaqlarının yaradılması xərclərinin sıfıra endirilməsi və cari istismar, kadr xərclərinin azaldılmasına, hökumətin informasiya texnologiyaları infrastrukturunun “Hökumət buludu”nda yenilənməsi və təkmilləşdirilməsi hesabına milli iqtisadiyyat və iqtisadi sektorlarda davamlı inkişafın, rəqabətqabiliyyətliliyin və iqtisadi diversifikasiyanın təmin edilməsinə, “bulud hesablama” platformasında dövlət xidmətləri göstərməklə dövlət idarəçiliyində innovasiyaların tətbiqinə xidmət edəcək.

İnformasiya Təhlükəsizliyi və Şəbəkə üzrə Avropa İttifaqı Agentliyinin (ENISA) 2015-ci ilə olan məlumatına əsasən, hazırda Avropa İttifaqı ölkələri “elektron hökumət”də “bulud hesablama” texnologiyasının tətbiqi üzrə müxtəlif layihələr həyata keçirirlər.

ƏvvəlkiƏrdoğan: Terrorçular üzərində qələbəyə lap az qalıb
NövbətiSerj Sarqsyanın qardaşı oğlu Çexiyadan Ermənistana ekstradisiya ediləcək