Azərbaycanda dövlət strukturları bayram günlərində adi iş rejimində çalışacaq

Koronavirus (COVİD-19) xəstəliyinin yayılmasının qarşısının alınması üzrə Azərbaycan hökuməti tərəfindən aparılan profilaktik tədbirlər davam edir. Nazirlər Kabineti yanında Operativ Qərargahdan Türk.az-a verilən məlumata görə, bir sıra strukturlar Novruz bayramındakı qeyri-iş günlərində adi iş rejimində çalışacaq:

• Azərbaycan Respublikası Prezidentinin Administrasiyası

• Azərbaycan Respubikasının Nazirlər Kabineti

• Səhiyyə işçiləri (Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət

Agentliyti, Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi (TƏBİB), dövlət və
özəl səhiyyə müəssisələri)

• Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ( o cümlədən Azərbaycan
Respublikasının xarici ölkələrdəki səfirlikləri)

• Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi

• Azərbaycan Respublikasının Baş Prokurorluğu

• Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti

• Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti

• Azərbaycan Respublikasının Müdafiə Nazirliyi

• Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti

• Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi

• Azərbaycan Respublikasının Ədliyə Nazirliyi

• Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar
Nazirliyi

• Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

• Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi

• Azərbaycan Respublikasının Maliyyə Nazirliyi

• Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi

• Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi

• Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

• Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti

• Azərbaycan Respublikasının şəhər və rayon icra hakimiyyəti orqanları

• Azərbaycan Respublikasının Mərkəzi Bankı

• “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti

• “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

• “Azəriqaz” İstehsalat Birliyi

• “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti

• Azerbaycan Respublikasinin Dövlet Neft Şirkəti (SOCAR)

• “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti

Siyahıda qeyd olunan strukturlardan başqa gündəlik həyat təminatı əhəmiyyətı olan digər qurumların Novruz bayramı günlərində iş rejiminin dəyişdirilməsi zərurəti yarandıqda əlavə məlumat veriləcək.

Əvvəlkiİlham Əliyev ilə Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub
NövbətiMərkəzi Bank əmanətlərin tam sığortalanması müddətinin uzadılması ilə bağlı açıqlama yayıb