Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

İyunun 20-i saat 16:30-dan saat 17:25-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

Bundan başqa, saat 20:10 radələrində Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Azərbaycan Ordusunun Şuşa rayonu istiqamətində yerləşən mövqeləri də atəşə tutulub.
Bölmələrimiz tərəfindən qeyd olunan istiqamətlərdə adekvat cavab tədbirləri görülüb.

ƏvvəlkiQobu qəsəbəsində ana və 8 aylıq körpəsinin öldürülməsi faktı ilə bağlı cinayət işi başlanıb
Növbəti“Gənclər üçün rəqəmsal bacarıqlar düşərgəsi”nə start verilib