Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin əməkdaşları artıq Sərsəng su anbarına nəzarət edir.

Dövlət Su Ehtiyatları Agentliyindən AZƏRTAC-a verilən məlumata görə, ordumuzun şanlı qələbəsindən sonra Sərsəng su anbarı da Azərbaycanın nəzarətinə keçib. Artıq su anbarının istismarını Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi həyata keçirir.

1976-cı ildə Tərtərçayın üzərində Sərsəng su anbarı tikilərək istifadəyə verilib.

Anbarın ümumi həcmi 565 milyon kubmetr, faydalı həcmi 500 milyon kubmetrdir. Su anbarının su güzgüsünün sahəsi 1346 hektar, sahil xəttinin uzunluğu 50,25 kilometrdir.

Qeyd edək ki, Sərsəng su anbarında toplanan su ilə Tərtər, Ağdərə, Ağdam, Ağcabədi, Yevlax, Bərdə, Goranboy rayonlarının, ümumilikdə 95 min hektar əkin sahəsi suvarma suyu ilə təmin olunacaq.

ƏvvəlkiTəcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası ləğv olunur
NövbətiQarabağda Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinə ucaldılmış kompleks hərbi məqsədlər üçün istifadə olunub