Avropa çempionatının ilk günündə Azərbaycan himni 4 dəfə səslənib

Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları 4 qızıl və 1 bürünc medal əldə edib.

AZƏRTAC xəbər verir ki, turnirin ilk günündə 6 çəki dərəcəsində 8 cüdoçumuz medallar uğrunda mübarizə aparıb.

Oğlanlar arasında Məhəmməd Məmişov (-50 kq), Mirxaliq İskəndərov (-55 kq), Məhəmməd Musayev (-60 kq), qızlar arasında isə Vüsalə Hacıyeva (-48 kq) bütün rəqiblərini məğlub edərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Həmçinin oğlanlar arasında Əhməd Rüstəmov (-50 kq) çempionatın bürünc medalını qazanıb.

ƏvvəlkiAzərbaycan və Sloveniyanın bir-birinə təklif edə biləcəkləri var – Sloveniya Prezidenti
NövbətiBu gün Azərbaycanda COVID-19 əleyhinə 75 doza vaksin vurulub