AMB-nin notları 2 illik fasilədən sonra yenidən 1 milyard manatı keçib

Bu gün Azərbaycan Mərkəzi Bankının (AMB) dövriyyədə olan notlarının ümumi dəyəri ötən günlə müqayisədə 100 milyon manat və yaxud 10,9% artaraq 920 milyon manatdan 1 020 milyon manata çatıb.

“Report” bu barədə AMB-yə istinadən xəbər verir.

Xatırladaq ki, sözügedən göstərici sonuncu dəfə 2018-ci ilin dekabr ayında 1 milyard manatı keçib.

ƏvvəlkiMədəniyyət naziri: Zəfər Muzeyinin yeri ilə bağlı müzakirələr aparılır
NövbətiYaqub Mahmudov Tarix İnstitutunun direktoru vəzifəsindən azad edildi