Azərbaycan Mərkəzi Bankı “Caspian Finance” BOKT-a lisenziya verib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə “Caspian Finance” MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.

“Report” bu barədə tənzimləyici quruma istinadən xəbər verir.

Məlumata görə, bununla da ölkədə lisenziyası olan BOKT-ların sayı 54-ə çatıb.

Xatırladaq ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Caspian Finance”ı 2022-ci ilin dekabrında dövlət qeydiyyatına alıb. Onun hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Bəsti Bağırova küçəsi, ev 15, mənzil 42, nizamnamə kapitalı 5 milyon manat, qanuni təmsilçisi isə Samir Xangiz oğlu İsgəndərovdur.

ƏvvəlkiNepalda zəlzələ nəticəsində ölənlərin sayı 157 nəfərə çatıb
NövbətiPrezident İlham Əliyev Almaniyanın xarici işlər nazirini qəbul edib