Almazbek Atambayev polisə təslim olub

Qırğız Respublikasının keçmiş prezidenti Almazbek Atambayev tutulub.

Türk.az“İnterfaks”a istinadən xəbər verir ki, o, özü polisə təslim olub.

Sosial Demokratik Partiyasının rəsmisi Kunduz Joldubayev və keçmiş prezidentin tərəfdarı Farid Niyazov onun yanındadır.

Qeyd edək ki, avqustun 7-də Almazbek Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına respublikanın təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.

ƏvvəlkiTayvan və Yaponiyada dağıdıcı “Lekima” qasırğası ilə bağlı hazırlıq işləri görülür
Növbəti“Tokio 2020”nin voleybol yarışlarına lisenziya xarakterli təsnifat turnirləri başa çatıb