Yevlaxda yol qəzasında ölənlərin və yaralıların şəxsiyyəti məlum olub

Yevlax-Bərdə avtomobil yolunda baş vermiş yol qəzası zamanı ölənlərin və yaralıların şəxsiyyəti məlum olub.

“Report”un məlumatına görə, avtomobil qəzası zamanı Bərdə rayon sakinləri, Elgiz Səxavət oğlu Quliyev və Rəmzi Ələddin oğlu Hüseynov vəfat edib.

Qəzada Ayşən Rafiq qızı Əhmədli, Şəlalə Əhliman qızı Əhmədli və Əhliman Kamal oğlu Əhmədli xəsarət alıblar. Hər üç yaralı xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, axşam saatlarında Yevlax-Bərdə yolunda “VAZ” və “Haval” markalı avtomobillərin toqquşması nəticəsində yol-nəqliyyat hadisəsi olub.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

ƏvvəlkiErmənistanın aqressiv ritorikası rəsmi Yerevanın mənfur niyyətini açıq şəkildə nümayiş etdirir
NövbətiGürcüstanlı jurnalistlər və ekspertlər Füzuli rayonuna səfər ediblər