Xəstə bacısının öldüyünü görüb intihar etdi

Türk.az apa-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu ərazisində qeydə alınıb.

Belə ki, 1955-ci il təvəllüdlü Aydın Şəmsəddinov evdə özünü asaraq intihar edib.

Evə baxış zamanı 1961-ci il təvəllüdlü yataq xəstəsi olan Səidə Şəmsəddinovanın meyiti aşkar edilib.

Ailənin yaxınlarının verdiyi məlumata görə, Aydın Şəmsəddinov bacısının ölməsinə dözməyərək intihar edib.

Faktla bağlı araşdırma aparılır.

ƏvvəlkiBayram günlərində təcili yardıma daxil olan müraciətlərin sayı açıqlanıb
NövbətiDİN Ramazan ayında rast gəlinən dələduzluqla bağlı vətəndaşlara xəbərdarlıq edib